Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-18 14:00:00
Təhsil işçiləri üçün “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” mövzusunda vebinar təşkil olunacaq

Təhsil İnstitutu sentyabrın 22-də “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” mövzusunda vebinar keçirəcək.

İnstitutdan AzEdu.az-a bildirilib ki, “İş dünyası və ali təhsildə trendlər” silsilə vebinarlar çərçivəsində reallaşacaq tədbirin spikeri “Amazon” şirkətinin Avropa İttifaqı üzrə mərkəzində biznes-analitik vəzifəsində çalışan Yaşar Əhmədov olacaq.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün sentyabrın 20-dək Təhsil İnstitutunun saytında müvafiq linkdə qeydiyyatdan keçmək xahiş olunur.