Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 14:15:00
Xarici diplomların tanınma qaydasında YENİLİK olacaq-DİQQƏT

“Hazırda xarici kvalifikasiyaların tanınma qaydalar haqqında layihə hökumətə təqdim edilib. Layihəyə baxıldıqdan sonra yaxın bir ayda tanınma artıq başqa formada keçəcək”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Eldar Orucov deyib.

 

Sədr bildirib ki, tanınmada qismən tanınma layihəsi anlayışı olacaq:

 

“Yəni, müvafiq şəxs məsələn, Rusiyada yaxud Qazaxıstanda onların normalarına uyğun olaraq 240 kredit, ancaq Azərbaycan qanunvericiliyinə, əsasən isə 300 kredit tələb olunur.Bu halda həmin şəxsin kreditləri tanınacaq və ona “qismən tanınma şəhadətnaməsi” veriləcək. Onun hüququ olacaq ki, təhsili Azərbaycan standartlarına uyğunlaşdırmaq üçün digər kreditləri müvafiq Azərbaycan ali təhsil müəssisəsində alsın. Lazım olan krediti aldıqdan sonra yekunda ona əmək bazarına çıxış imkanı veriləcək və həmin sertifikat təqdim olunacaq.Bu layihə artıq tərəfimizdən işlənib hazırlanıb və qəbul olunması üçün hökumətə göndərilib”