Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 13:34:00
“Peşə təhsili infrastrukturunun 50%-i müharibədən zərər görüb”-Rəsmi

 “Ermənistanın ölkəmizə qarşı olan işğalçı siyasətində peşə təhsil sistemi ən çox ziyan çəkən sistemlərdən oldu”

 

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin müdir müavini Ceyhun Kərəmov deyib.

 

O bildirib ki, peşə təhsili infrastrukturunun təxmini 50%-i müharibədən ciddi zərər görüb:

 

“Bəlkə də bunu çoxları bilmir, müharibədən sonra peşə təhsili sistemində olan infranstrukturun yarısından çoxu bizim qaçqın və məcburi köçkün vətəndaşlarımızın yerləşdirilməsi üçün istifadə edilmişdi. Hətta bu gün də bir sıra müəssisələrimizdə məcburi köçkün vətəndaşlarımızın özlərinə sığınacaq tapıblar. Dediyim kimi infrastrukturun təqribən 50%-i bu və ya digər formada müharibədən ziyan görüb”.

 

Müdir müavini işğaldan azad olunan rayonların peşə təhsili müəssisələrinin bərpasından danışıb:

 

“İşğaldan azad edilmiş torpaqlarımızda bizim 12 peşə təhsil müəssisəmiz fəaliyyət göstərirdi. Bu təhsil müəssisələrindən 6-sı fəaliyyətini bu günə kimi tam dayandırıb, 6-sı isə bir çox rayonlarımızda köçkün məktəbləri formasında fəaliyyət göstərir. Hazırda biz Təhsil Nazirliyi daxilində olan bir neçə işçi qrupu və komissiyalarla, eyni zamanda digər dövlət qurumları ilə birlikdə bu istiqamətdə işlər görülür. Burada yanaşma ümumi torpaqlarımızın yenidən qurulması siyasətinə uyğun olaraq həm peşə məktəblərinin profilləri, həm bu məktəblərdə tədris olunan ixtisaslar, infrastruktur və bərpa növbəliliyi məsələlərinə də baxılır”.