Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 12:12:03
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI

“Keçən ilin statistikasına əsasən hazırda ölkəmizdə 89 ölkədən 6600 əcnəbi tələbə təhsil alır”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.

 

O, bildirib ki, bunların arasında çox sayda hökümətin təqdim etdiyi təqaüd proqramı var.

 

Şöbə müdiri Azərbaycanın xarici ölkələr üçün ayırdığı təqaüd proqramlarından danışıb:

 

“Hazırda biz qoşulmama hərəkatına sədrlik edirik, dövlət bu hərəkata üzv olan 120 ölkə üçün 20 təqaüd ayırır. İslam Əməkdaşlıq təşkilatına üzv olan 53 ölkə üçün də 20 yer ayrılır”.