Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 11:54:00
“Xaricdə təhsil almış 100 tələbənin Ağdama səfəri təşkil olunub”-Şöbə müdiri
“Biz xaricdə təhsil alıb ölkəyə qayıdan məzunlarımızla görüşür və onların uğur hekayələrini paylaşırıq”
 
 
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.
 
 
O, qeyd edib ki, könüllülük prinsipi əsasında hər ay məzunların ixtisaslaşdıqları sahə üzrə vebinarını təşkil edilir. Məsələn, bir məzun İKT üzrə təhsil alıbsa biz onun auditoriya üçün açıq vebinarını təşkil olunur.
 
Şöbə müdiri məzunların Ağdama səfərinin təşkil edildiyini və buranın quruculuğu üçün onların fikirlərinin öyrənildiyini diqqətə çatdırıb:
 
 
“Eyni zamanda məzunlarımızın bir qisminin Ağdama səfəri həyata keçirilib. Səfərdən sonra onların Ağdamın quruculuğu ilə bağlı təkliflərini öyrənir və müvafiq aidiyyatı qurumlara çatdırırıq. Bu çərçuvədə 100 tələbənin Ağdama sərəfəri təşkil olunub”.