Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 12:00:00
"Ola bilsin, qiymətləndirmələrdə hansısa dəyişikliklər edilib" - Təhsil Nazirliyi

“ittiham etməmişdən əvvəl problemləri görməli, analiz etməli və çıxış yolları göstərməliyik”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil” dialoqu təlimində deyib.

 

O, pandemiya şəraitində keçirilən tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal toplaması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

 

“Ola bilsin qiymətlərdə hansısa dəyişiklik olub. Yaxud da dəyişikliyin mahiyyəti pandemiya şəraitinə görə tələbələrə edilən güzəştlərlə bağlıdır. Ona görə də ittiham etməmişdən əvvəl problemləri görməli, analiz etməli və çıxış yolları göstərməliyik. Müxtəlif dövlət qurumları da aidiyyəti məsələ ilə əlaqədar müvafiq araşdırmalara başlayıb”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları