Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 14:21:00
2021-2022-ci tədris ilində bu qədər şagird 1-ci sinifə gedəcək-RƏSMİ

“Bu il Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı 159 min proqnoz verilib”.


AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.


“Artıq 148 min uşağın birinci sinfə qəbulla bağlı müraciəti var. Dünən saat 18:00-da I sinfə qəbul portalı artıq bağlanıb. I sinfə qəbulla bağlı fərdi müraciətlərə oktyabrın 15-dək baxılacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları