Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 13:30:00
Valideynlər məktəb binasına buraxılmayacaq  

Valideynlər məktəb binasına buraxılmayacaq.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.

 

O bildirib ki, siniflərə giriş zamanı şagirdlərin sosial məsafə və gigiyena qaydalarına əməl olunması, qoruyucu vasitələrdən istifadə edilməsi təmin ediləcək:

 

"37.1 dərəcədən yüksək hərarəti olanlar məktəbə buraxılmayacaq. Şagird sıxlığı çox olan məktəblərdə sosial məsafənin gözlənilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılır".

 

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

 

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.