Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 09:00:00
“Gənclər milli ruhda tərbiyə almalıdır”-Nyu-York və London Universitetinin tələbəsi

“Bu gün Azərbaycanda  uğurlu  gənclər  siyasəti  həyata  keçirilir. Xüsusilə, onların  təlim-tərbiyəsi, təhsili və  sosial problemləri   dövlətimizin  diqqət mərləzindədir. Biz  azərbaycanlı   gənclər  xarici ölkələrdə  təhsil alıb  müxtəlif ölkələrdə  çalışsaq da  qəlbimiz  həmişə  Azərbaycanın yanındadır. Onun sevinci sevincimiz, kədəri kədərimizdir”.  

 

 

Bu sözləri ABŞ-ın  Nyu-York   şəhərində  “Starta”  şırkətində erkən mərhələ üzrə investisiya analitiki  kimi çalışan Qüdrət  Quliyev deyir.

 

 

Bu  gənc  bizimlə  söhbətində əvvəlcə  özü haqqında danışdı.  Deyr ki,  valideynlərim  Moskvada  yaşadığından  bu şəhərdə doğulmuşam, ancaq  orta məktəbi Bakıda bitirmişəm. Sonra isə City University of London-da  beynəlxalq siyasi iqtisadiyyat uzrə  bakalavr pilləsini bitirmişəm.



Londonda təhsil aldığım müddətdə Azərbaycanla  bağlı tədbirlərdə fəal iştirak etmişəm. Əcnəbi tələbələrin mədəniyyətimiz və adət -ənənələrimizlə tanış etmək üçün universitetdə Azərbaycan Günü də təşkil etmişdik. Məzun olduqdan sonra Bakıya qayıtdım və Maliyyə Nazirliyində işə başladım. Bir il orada işlədikdən sonra işimi dəyişdim və EY -də (konsaltinq firması) işə başladım. Bir müddət sonra maliyyə üzrə magistr təhsili almağa qərar verdim. Buna görə də Nyu-Yorkdakı   Fordham Universitetində  maliyyə ixtisası üzrə magistr təhsili aldım Eyni zamanda, Amerikada Azərbaycan diasporasının üzvüyəm. Accelarator proqramımız üçün startapları qiymətləndirirəm və müşahibə edirəm. Əlavə olaraq, əgər startapa yatırım ediriksə, o zaman investisiya memorandumu yazıram, ki bizim investorlarimiz startuplarla tanış olsunlar. Üstəlik, müxtəlif ölkələrdə investor şəbəkəmizi genişləndirmək üzərində işləyirəm.

 

 

İndi mən Bakıdayam.  Şəhərimizin  gözəlliyi məni valeh edib.  Möhtərəm Prezident İlham Əliyevin  həyata  keçirdiyi  siyasət   Azərbaycanı həqiqətən cənnət-məkana   çevirmişdir.  Burada  gənclərin yaşaması  və işləməsi  üçün hər  cür şərait yaradılıb.  

 

 

Mən  televiziya vasitəsilə  gənclər və idman  naziri  Fərid Qayibovu  videofamatda  qəbul edərkən Azərbaycan gəncləri  haqqında dediklərini  xatırlatmaq istəyirəm:  “Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır”.

 

 

Ölkəmizdə  gənclərə qayğı,  doğrudan da,  böyükdür. Hiss olunur ki, Azərbaycanda   yüksək  vətənpərvər   ruhlu  gənclər  yetişib. Bunu   İkinci Qarabağ müharibəsində   qəhrəman gənclərimizin  şücaəti bir daha   göstərdi. Biz Azərbaycandan  uzaqlarda yaşasaq  da   bu müharibənin hər anını diqqətlə  izləmişik. Ali Baş Komandanımızın  şücaəti, ordumuzun   qələbəsi ilə  fəxr etmişik.

 

 

Bir məqamı da  diqqətə  çatdırmaq istərdim.  Cənab Prezident  həmin  qəbuldakı çıxışında  bildirdi ki, indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır.

 

 

Biz  xaricdə yaşayan  gənclər belə hallarla qarşılzşırıq.  Lakin  azərbaycanlı  gənclər  heç vaxt təxribatlara uya bilməz.   Onlar vətəncanlı, öz  doğma yurdlarına bağlı  gənclərdirlər.

 

 

Biz  xaricdə yaşayan gənclər  Prezident İlham Əliyevin  siyasətini dəstəkləyir, Azərbaycanımızın müstəqilliyi və  suvrenliyi  yolunda    dövlət başçımıza  böyük uğurlar arzulayırıq.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”