Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-14 13:08:00
Nazirlik: Təhsil işçilərinin 83 faizindən çoxu peyvənd olunub

"Sentyabrın 22-dən ibtidai, 29-dan bütün təhsil müəssisələrində tədrisin açılması planlaşdırılır. Bəzi hallarda peyvənd məntəqələrində sıxlıq müşahidə edilir. Bununla bağlı Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaratmışıq".

 Bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, təhsil işçilərinin demək olar ki, 82-83 faizdən çoxu peyvənd olunub: "Proses daha da sürətli gedir. Ümid edirəm ki, yaxın həftələrdə vaksinasiya olunan təhsil işçilərinin sayı daha da artacaq. 2020-2021-ci tədris ili başlayanda pandemiya ilə əlaqədar müəyyən işlər görülmüşdü. Bunlar məsafənin qorunması, təhsil müəssisənə gələn şəxslərin qızdırmasının ölçülməsi, xüsusi izolyasiya otaqlarının yaradılması və s.-dir. Bu işlər bu il də davam edəcək”.(apa)