Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 09:44:00
Çexiyada təhsil almağın ÜSTÜNLÜKLƏRİ  

Şərqi Avropa dövlətlərindən olan Çexiya Respublikası zəngin mədəniyyətə sahibdir. Çexiyada 26 dövlət, 30 özəl ali məktəb vardır. Çexiyada bakalavr pilləsi üçün təhsil 3 ildir. Ali məktəblər universitet, institut və akademiya adlanırlar. Ancaq elmlər namizədi və doktorları hazırlayan alim məktəblər universitet adlana bilərlər. Ədəbiyyat, incəsənət və mədəniyyət  sahəsin kadr hazırlayan  ali məktəblər  akademiya sayılır. Çexiyada hal-hazırda 43.000-dən çox xarici tələbə təhsil alır.

AzEdu.az Çexiyada təhsil almağın üstünlüklərini təqdim edir: 

Dövlət universitetlərində Çex dilində təhsil pulsuzdur 

Çexiyada təhsil  dili əsasən çex və ingilis dilində olur. Çexiyanın  bəzi universitetlərində rus, alman  və fransız  dillərində də tədris olunur.  

Çexiya bir çox Avropa ölkələri ilə müqayisədə  yaşayış üçün daha münasibdir.

Avropada təhsil almaq istəyən tələbələr  üçün nəqliyyat, yaşayış və gündəlik  yeməklər münasib qiymətədir və bu da Çexiyada təhsil almağın avantajları sırasındadır.

Çexiya məzun olan tələbələrə  digər Avropa birliyinə  daxil olan ölkələrində

2 il işləmək izni verir və bu müddət iş verən tərəfindən uzadıla bilər.

Çexiya Şengen zonasına  daxil olan  ölkə olduğundan təhsil müddəti ərzində  tələbələrin şengen zonasına daxil olan ölkələrə vizasız  səyahət etmək imkanı mümkündür.

Günel Yaşarqızı