Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-11 12:23:00
"Demək olar ki, təhsilalanların 60-65%-nin təhsil haqqı dövlət tərəfindən ödənilir"-Elçin Süleymanov

 

“Azərbaycanda demək olar ki, son illərdə tələbələrin təhsil haqqı məsələsində çox böyük irəliləyişlər var”

 

Bunu  AzEdu.az-a  açıqlamasında  Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru, təhsil  eksperti  Elçin  Süleymanov qeyd  edib.

 

Ekspert  bu  il  qəbul  olan  tələbələrin  yarısının  dövlət  sirfarişli  olmasına  diqqət  çəkib:

 

“Bu müsbət addımlardan ilki hər il dövlət sifarişli yerlərin sayının cənab prezdentimiz İlham Əliyevin tapşırığı ilə artırılmasıdır.Belə ki,  bu il qəbul olan təxminən 45 min tələbənin yarısının dövlət sifarişli olması çox böyük addımdır.Bu saya güzəştli kateqoriyaya aid olan digər tələbələr daxil edildiyində artıq əminliklə demək olar ki, təhsilalanların 60-65 faizinin təhsil haqqı dövlət tərəfindən ödənilir.Bu kateqoriyaya dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları ,Şəhid ailəsi statusunu almış ailənin üzvləri , hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər və özü bu qruplarda əlil olan tələbələr təhsil haqqından azaddır”.

 

Prorektor Təhsil Tələbə Krediti  sisteminin  tələbələrin təhsil  haqqları ilə  bağlı  problemini  minumuma  endirəcəyini  bildirib:

 

“Eyni zamanda artıq  mexanizmi müəyyənləşən və bu ildən tətbiq ediləcək olan Tələbə krediti sistemi işə düşdükdən sonra demək olar ki, bu mövzuda olan problemlər minimuma enəcəkdir.Bura sadəcə tələbələrin üzərinə yaxşı oxumaq və orta müvəffəqiyyət göstəricilərini artırmaq  düşür. Alınan təhsil kreditinin 20 ilə və kiçik faizlə ödəniləcək olması bu yükün tələbə və valideyn üzərində hiss edilməyəcəyinə əsas verir”.