Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-12 12:58:00
"Bu addım II ixtisas qrupundakı vəziyyəti xeyli çətinləşdirəcək" - Müəllimlər narahatdırlar  

II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisasları ləğv edilib.

 

 Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Qərara əsasən, həmin ixtisaslar III ixtisas qrupuna keçirilib. Yeni qərar III ixtisas qrupunda hansı dəyişikliklərə səbəb ola bilər? Abituriyentlər nəyə hazırlıqlı olsunlar?

 

Bundan sonra əsas sual budur ki, coğrafiya fənni üçüncü qrupa salınacaq ya yox?

 

Abşeron rayonu Ceyranbatan qəsəbə1 saylı tam orta məktəbin tarix müəllimi Cahid İmanov :

“Üçüncü ixtisas qrupuna hazırlaşan abituriyentlər coğrafiya fənnini yaxşı bilmirlər deyə, tarix fənnindən olan bəzi suallarda, məsələn, xəritə ilə bağlı olanlarda çətinlik çəkirlər. Bu mənada coğrafiya fənni də üçüncü ixtisas qrupuna daxil edilməlidir. “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları əvvəl də üçüncü qrupda olub. Bir neçə il ikinci ixtisas qrupuna salınmışdı. Verilən qərarı düzgün addım kimi qiymətləndirirəm. Bundan sonra əsas sual budur ki, coğrafiya fənni üçüncü qrupa salınacaq ya yox?

Hər iki ixtisas coğrafi biliklərlə yanaşı, siyasi biliklər tələb edir. Bu mənada 3-cü qrupda yer alması daha düzgündür”.  

 

“Həmin ixtisasların 3-cü ixtisas qrupuna keçirilməsi  2-ci qrupun vəziyyətini daha da çətinə salacaq”

 

Füzuli rayon Qazaxlar kənd tam orta məktəbin coğrafiya müəllimi Posu Ali Mansırlı:

“Üçüncü ixtisas qrupuna "Regionşünaslıq" və "Beynəlxalq münasibətlər" ixtisasları əlavə olunub. Həmin ixtisaslar bu ilə qədər ikinci ixtisas qrupunda idi. İxtisasların coğrafiya fənni ilə əlaqəli olmasına görə ikinci ixtisas qrupunda yerləşməsi daha məqbul idi. DİM-in statistikasına baxsaq, 2-ci ixtisas qrupuna sənəd verən abituriyentlərin sayı onsuz da digər qruplarla müqayisədə az idi. Həmin ixtisasların 3-cü ixtisas qrupuna keçirilməsi isə 2-ci qrupun vəziyyətini daha da çətinə salacaq. Ümumiyyətlə bu kimi hallar abituriyentlər arasında coğrafiya fənninə olan marağı daha da azaldır. Bu səbəblərə görə son günlər 3-cü qrupa coğrafiya fənninin salınmasıyla bağlı müzakirələr gedir. Fikrimcə ən doğru olanı da budur. Düzdür bu hal abituriyentlər üçün əlavə çətinlik yaradacaq. Ancaq DİM bunu tənzimləyə bilər”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları