Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 17:05:00
Paralimpiya qəhrəmanlarımız hansı universitetləri bitiriblər?-SİYAHI

 

 

 

Azərbaycan Milli Paralimpiya Komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında 163 ölkə arasından 10-cu pilləyə yüksəlib. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan idman  tarixində rekord nəticədir.

 

 

AzEdu.az  Tokio-2020-də  bayrağımızı ucaldan, himnimizi səsləndirən paralimpiyaçılarımızın təhsil həyatını təqdim edir:

 

 

Tokio-2020 Yay Paralimpiya Oyunlarında cüdo üzrə bürünc medal əldə edən paralimpiyaçımız İlham Zəkiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

 

 

Cüdo üzrə bürünc medal qazanan Namiq Abbaslı da, həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

 

 

Uzunluğa tullanma üzrə qızıl medal əldə edən Orxan Aslanov Azərbaycan Dövlət Texniki Universitetində mühəndislik ixtisası üzrə təhsil alıb.

 

 

Uzunluğa tullanmada bürünc medal qazanan Səid Nəcəfzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

 

 

Cüdo üzrə qızıl medal əldə edən Sevda Vəliyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələsi olub.

 

 

Üzgüçülük üzrə qızıl medal qazanan Vəli İsrafilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektrik mühəndisliyi ixtisası üzrə təhsil alıb.

 

 

Cüdo üzrə qızıl medal əldə edən Vüqar Şirinli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

 

 

Üzgüçülük üzrə 3 qızıl medal qazanan Saleh Raman Belarusiyanın Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. O, burada idman müəllimliyi və məşqçilik üzrə ixtisaslaşıb.

 

 

Bütün paralimpiyaçılarımızı təbrik edir, uğurlar arzulayırıq!

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları