Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli müvafiq Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
İnstitutdan AzEdu.az-a verilən məlumata görə, təhsil müəssisəsi bu hədəf və məqsədlər istiqamətində öz korporativ loqosunun müəyyən edilməsi məqsədilə müsabiqə elan edir. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirakçılar müsabiqədə fərdi və ya müştərək qaydada təmsil oluna bilərlər. Loqo müasir və beynəlxalq imicə sahib olmalı, institutun dünyəvi bir elm və tədqiqat mərkəzi olduğu burada öz əksini tapmalıdır. Loqoda, həmçinin multikulturalizm və tolerantlıq dəyərlərini əks etdirən elementlər də yer ala bilər. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr təqdim olunmalıdır. Loqo dizaynları müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək.
Müsabiqənin qalibi avqustun 10-da elan olunacaq.
kitabı