Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 16:18:00
Lütfi Zadənin irsinə həsr olunan Ümumdünya Konfransı keçiriləcək  

Dekabrın 13-15-də Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr edilmiş 8-ci Ümumdünya Yumşaq Hesablamalar Konfransı keçiriləcək.

 

Bu barədə AzEdu.az-a AMEA-dan bildirilib. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun, ABŞ-ın Berkli Kaliforniya Universitetinin və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə keçiriləcək tədbirə məqalələr oktyabrın 25-dək qəbul olunur.

Xüsusi sessiyalar üçün yekun məqalələr oktyabrın 15-dək təqdim edilməlidir.