Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 16:35:00
Təhsil eksperti imtahan sualında səhv tapdı - DİM təkzib etdi    

“Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II ixtisas qrupunda iki səhv test tapşırığı olub. Onlardan biri 91-ci sualdır. Testin A və C bəndlərinin hər ikisi doğrudur”.

AzEdu.az  xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz “facebook” hesabında paylaşıb. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir:

“Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”. 

Ekspert növbəti səhv test tapşırıqlarını yazacağını qeyd edib.

Qeyd edək ki, səhv sual II qrup D variantı Tarix fənnindəndir.

Səslənən fikirlərə cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlama verib.

“Səslənən fikirlərə cavab olaraq deyə bilərəm ki, test tapşırıqlarında hər hansı yanlışlıq yoxdur”.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.