Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 12:49:00
Əks-göstəriş sertifikatı almaq istəyənlər nə etməlidir? - AÇIQLAMA  

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında məlumat yerləşdirilib.

 

19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova əks-göstəriş sertifikatı almaq istəyənlər vətəndaşların necə müraciət etməli olduqlarına aydınlıq gətirib.

 

O bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər: 

 

“Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa), həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir”.