Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 10:11:00
Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldı  

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.

 

AzEdu.az xəbər verir ki, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi olub.

 

2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

 

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.

 

Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.