Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 14:12:00
Ağıllı insanlar bu xüsusiyyətlərə sahib olur-Özünüzü sınayın

Yüksək zəkaya sahib olan insanların sosial qəribəliklərə daha çox məruz qalmaqlarının səbəbi, həmin insanların dünyanı digərlərindən tamamilə fərqli bir səviyyədə görmələridir.

 

Üstün zəka, hiss və duyğular, düşünmə ilə intuisiya və ilham kimi beyin funksiyalarının yüksək səviyyədə, həm də tez şəkildə işləməsinin nəticəsində ortaya çıxar. Bu funksiyalar tez və doğru düşünə bilmək, akademik qabiliyyət, liderlik və sənət qabiliyyətləri şəklində qarşımıza çıxır.

AzEdu.az üstün zəkaya sahib insanların əsas xüsusiyyətlərindən bəzilərini təqdim edir:

 

Gec yatırlar

Araşdırmalara görə, ağıllı insanlar gecə oyaq qalmağa meyilli olurlar. Minlərlə insanın IQ-su ilə yuxu vərdişləri arasındakı əlaqə araşdırılıb. Nəticədə daha ağıllı insanların həm həftə içi, həm də həftə sonunda gec yatıb, gec oyandığı ortaya çıxdı.

Bitmək bilməyən bir marağa sahib olurlar

Albert Eynşteynin “Mənim xüsusi bir bacarığım yox, sadəcə çox maraqlanıram” dediyi söylənilir. Keyzurbur Alas isə “Zəki insanlar, adi adamların yanlarından ötüb keçdiyi şeylərlə maraqlanırlar” deyir.

Özləri ilə vaxt keçirməyi sevirlər

Yaxın zamanlarda aparılan araşdırmalara görə, insanlarla sosiallaşma adi insanlara verdiyi qədər ağıllı insanlara zövq vermir.

Başqalarının təcrübələrinə qarşı həssas olurlar

Ağıllı insanlar qarşısındakı insanın nə hiss etdiyini, nə düşündüyünü demək olar ki, tam olaraq anlaya bilirlər. Bəzi psixoloqlar başqalarının ehtiyaclarını və hisslərini anlaya bilməyin duyğusal zəkanın təməl daşlarından biri olduğunu deyirlər. Duyğusal zəkası yüksək insanlar yeni insanlarla tanış olmağa və onları yaxından tanımağa daha meyilli olurlar.

Böyük suallar üzərində düşünürlər

Ağıllı insanlar kainat və həyatın mənası kimi böyük məsələlərlə maraqlanırlar. Ağıllı insanların narahat olmağa meyilli olmasının səbəblərindən biri də yaşadıqları beyin qarışıqlıqları ola bilər.

Fidan Ali