Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 16:34:00
ICESCO Beynəlxalq Savadlılıq Günü münasibətilə bəyanat yayıb  

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı hər il sentyabrın 8-də qeyd edilən Beynəlxalq Savadlılıq Günü münasibətilə bəyanat yayıb.

 

Təşkilatın baş ofisindən AzEdu.az-a təqdim edilən bəyanatın mətnində qeyd olunur ki, ICESCO bütün dünyada, o cümlədən İslam ölkələrində savadsızlığın tamamilə aradan qaldırılması, təhsilin ən müasir standartlar səviyyəsində təşkili istiqamətində müxtəlif layihələr həyata keçirir.

 

ICESCO-nun bəyanatında vurğulanır: “Təəssüf ki, savadsızlıq hələ də bir problem olaraq qalır. Qlobal miqyasda 773 milyon gənc və yaşlı insan, o cümlədən 617 milyon uşaq yazmağı və oxumağı bilmir. Yoxsul ölkələrdə, silahlı münaqişə zonalarında əhalinin bir hissəsi təhsildən məhrumdur. Bundan başqa, COVID-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə təhsil müəssisələri fəaliyyətini dayandırıb. Onların bəzilərində uşaq və gənclərin distant təhsil almaq imkanları yoxdur”.

 

Təşkilat diqqətə çatdırıb ki, qadınların və qızların təhsilə daha çox cəlb edilməsi məqsədilə ICESCO tərəfindən uyğun layihələr həyata keçirilir, habelə cari il “Qadın İli” elan olunub. BMT-nin dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün bütün dünyada, o cümlədən İslam ölkələrində rəqəmsal inklüziv təhsilin inkişafı diqqət mərkəzində olmalıdır. Üzv ölkələrdə bu proseslərin sürətləndirilməsinə nail olmaq məqsədilə ICESCO tərəfindən qadınlar və qızlar arasında təhsilin inkişafı üzrə QHT-lər və vətəndaş cəmiyyətləri arasında pilot layihələrin müsabiqəsi elan edilib. Müsabiqənin qalibləri üçün pul mükafatları ayrılıb.

 

Azərtac