Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 16:22:00
Buraxılış imtahanının nəticələrinin bu tarixdə elan olunması nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirib. Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də bu gün imtahan veriblər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, XI sinif üzrə buraxılış imtahanının nəticələrinin isə açıq tipli tapşırıqların yoxlanılmasına görə yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.

 

Bu gündən etibarən DİM-də imtahan protokolları, cavab vərəqləri və kartlarının emalı aparılacaq.