Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 16:00:00
Həyəcanlı abituriyentlər,narahat valideyinlər - Qəbul imtahanından FOTOLAR

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

İmtahanda 31904 abituriyent iştirak edib. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

AzEdu.az qəbul imtahanlarından fotoları təqdim edir: