Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 12:45:00
Alimlər görmə qabiliyyətini artıran yeni metod hazırlayıblar

Britaniyalı alimlər görmə qabiliyyətini artıran yeni metod hazırlayıblar. Tədqiqatçılar sarıkök piqmentinin (zərdəçal bitkisinin köklərindən əldə edilən sarı-narıncı rəngli maddə) qlaukomanın ilkin mərhələsinin səmərəli müalicəsində zəruri olacağını ehtimal edirlər.

AzEdu.az www.ria.ru saytına istinadla xəbər verir ki, alimlər göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyiblər. Bunun üçün tədqiqatçılar göz damcılarında istifadə edilən surfaktanın tərkibində sarıkök piqmenti olan “nano-daşıyıcı” hazırlayıblar.

Yeni metod sarıkökün ərimə qabiliyyətini 400 min dəfə artırır, piqmentin özü isə göz toxumalarında lokallaşır və torlu qişanın degenerasiyasının sürətinin azalmasına səbəb olur.