Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 11:12:00
Yeni tədris ilindən məktəblərdə bu qaydalar tətbiq ediləcək-VACİB

7 sentyabr tarixində Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirib.

 

 

Həmin mətbuat konfransında yeni tədris ilində orta təhsil səviyyəsinin hansı şəkildə tənzimlənəcəyi ilə bağlı qərarlar qəbul edilib.

 

 

AzEdu.az həmin qərarları təqdim edir:

 

 

Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani tədris bütövlükdə bərpa edilib.

 

 

Belə ki, son dəfə 2020-ci il 3 mart tarixindən əyani tədris Operativ Qərargahın tələbinə uyğun şəkildə dayandırılmışdı.

 

 

Məktəblərdə yenidən 5 günlük dərs qrafiki tətbiq edilib.

 

 

Hətta bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq.

 

 

Bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb.

 

 

Dərs zamanı kiminsə temperaturu olarsa, həmin şəxs dərhal xüsusi izolyasiya otaqlarına yerləşdiriləcək. Əgər hansısa məktəbdə kiminsə COVID-19 nəticəsi pozitiv çıxarsa, araşdırma nəticəsində məktəbin bağlanması və ya hibrid tədrisə keçirilməsi barədə qərar qəbul ediləcək.

 

 

Özəl məktəblər əyani tədris onların öz proqramlarına uyğun bərpa edəcək.

 

 

Belə ki, özəl məktəblərdə dərslər xüsusi proqramla keçirilir.

 

 

Övladını məktəbə göndərən valideynlərdən COVID-19 pasportu tələb edilməyəcək.

 

 

Hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər.

 

 

Hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Ona görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər.

 

 

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

 

 

Keçən il bəzi valideynlər koronavirus xəstəsi ola-ola övladını məktəbə göndərirdilər və yoluxma artırdı. Odur ki, valideynləri məsuliyyətli olmağa çağırırıq.

 

 

Azərbaycanda ötən il fəaliyyət göstərən məktəblərdə 85 626 sinif olub.

 

 

Bu siniflərin 49 minində şagird sayı 20-dən azdır. 311 sinifdə isə şagird sayı 40-dan çoxdur. Təhsil sisteminin təxminən 0,4 faizində şagird sıxlığı problemi var. Valideynlər övladlarını daha sıxlığı az olan məktəblərə göndərə bilərlər. Sadəcə valideynlər öz istəyi ilə müəyyən müəllimi və ya sinfi istəyərək bu sıxlığa şərait yaratmış olurlar.

 

 

Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək.

 

 

Bunun üçün müəllimlərə veriləcək təlimati məktublar hazırlanaraq yaxın günlərdə yerlərə göndəriləcək.

 

 

 

Valideynlər istəyirlərsə, şagirdin maska taxmasını təmin edə bilərlər.

 

 

Bununla bağlı bir məcburiyyət yoxdur.

 

 

Evində koronavirus xəstələri olan valideynlər övladlarını məktəbə göndərməyə bilər.

 

Evdə koronavirus xəstəsi olan valideyn iltizam məktubu yazaraq övladını məktəbə göndərməyə bilər.Lakin pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam məktubu yazması məsələsinə baxılacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməlidir.

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları