Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-07 13:15:00
MDU-nun qəbul planında II ixtisas qrupu üzrə 64 yer boş qalıb  

Mingəçevir Dövlət Universitetinin (MDU) 2021-2022-ci tədris ili üçün qəbul planında II ixtisas qrupu üzrə 64 yer boş qalıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

 

MDU-da dövlət və bələdiyyə idarəetməsi, marketinq, menecment, mühasibat ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Qeyd olunan ixtisaslar üzrə boş qalan yerlər ödənişlidir.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır. İnternet vasitəsilə aparılan ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

 

“Abituriyent” jurnalının 7-ci nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.