Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 11:00:00
“Hazırda bəzi tələbələr evi tez kirayələməyə risk etmirlər”-Eskpert tələbələrin ev problemindən DANIŞDI

 Yeni  tədris  ilinin  hansı  formada  və  nə zaman başlayacağı  ilə  bağlı  qərarların  gec  verilməsi ən  çox  tələbələr  üçün  müəyyən  problemlərin yaranmasına  səbəb olur.

 

Bu problemlərin  ən  başlıcası  isə  başqa  şəhərdə  təhsil  alacaq  tələbələrin  kirayə  mənzil  tapmaq  məsələsidir.

 

Mövzu  ilə  bağlı  AzEdu.az-a  danışan  əmlak məsələləri  üzrə  ekspert  Elnur  Fərzəliyev hazırda  mənzil  axtaran  tələbələr  və  onların  valideynlərinin  bir  qisminin öncədən ödəniş  səbəbi ilə  ev kirayələməyə risk etmədiyini bildirib:

 

“Hər  il 15  avqustdan  etibarən  regionlardan  olan  tələbələr  təhsil aldıqları  ali  təhsil  müəssiəsinin  yerləşdiyi  şəhərdə  kirayə mənzil  axtarmağa  başlayırlar. Bu  il isə sentyabr  ayının  başlamasına  baxmayaraq  pandemiya, karantin və s. müəyyən səbəblərə görə təhsil  forması  ilə  bağlı  hələ  də bir qərar  verilməyib.Tələbələrin böyük  əksəriyyəti belə  desək, hələ gözləntidədirlər. Amma bu  gözlənti  onlar  üçün  problem  ola da  bilər, olmaya  da. Bir qisim  tələbələr  artıq  özlərinə  mənzil  kirayələyiblər. Tələbə  evi  kirayələyən zaman  öncədən  müəyyən qədər ödəniş edir, özü  üçün  lazımı  əşyaları  mənzili  tutduğu  şəhərə  gətirməli  olur ki, bunun özü  də ayrı  bir xərcdir. Amma  böyük  bir  kütlə  tələbə və  onların  valideynlərinin  bir  hissəsi  hazırda  ev  axtarışındadır, amma əvvəldən ödəniş  etməli  olduğu  üçün  ev  kirayələməyə risk  etmirlər. Çünki  universitetlərin  açılıb-açılmayacağı bəlli deyil. Bu  səbəblə  bir  qisim  hələ  də  gözləyir”.

 

Ekspert  bir  sıra  səbəblərin kirayə bazarında münasib qiymətə mənzillərin məhdudlaşmasına  səbəb  olduğunu  qeyd  edib:

 

“Problem  ondadır  ki, məsələn, hazırda  Bakı  şəhərində  tələbələr  üçün  yararlı, ali təhsil  müəssisələrinə  yaxın  olan  ərazilərdə qiyməti  münasib  kirayə  mənzillərin  sayı  məhduddur. Məsələn,  əvvəllər  tələbələrin  yaşadığı  kirayə həyət  evləri  vardı, onların bir qismi sökülüb yerində parklar salındı, bir  hissəsi  yeni  tikilərlə  əvəz  olundu. 5  mərtəbələri binalar  var  idi ki, orada  bir  otaqlı  mənzillərin  qiyməti  250-300 manat idi. Bu mənzilləri  bir  neçə  tələbə  birlikdə yaşamaq  üçün  götürürdü.O binaların da bir  hissəsi  sökülüb, əvəzinə  yeni  binalar  tikilib. Bu  binalar  söküldükdən  sonra  artıq  kirayə  bazarından  çıxıb. Bu  kimi  səbəblər  kirayə  bazarında  münasib  qiymətə  mənzillərinin  sayının  məhdudlaşmasına  səbəb olur. Bu  baxımdan  tələbələrin  artıq, uyğun  qiymətə  kirayə  mənzillər  tapması  çox  çətin  olacaq”.

 

O, digər  tərəfdən  də  bir  sıra  ev  sahiblərinin  mənzillərini  tələbələrə  kirayə  vermək  istəmədiklərini  vurğulayıb:

 

“Buna  səbəb kimi  isə  göstərirlər  ki, təhsil  müəssisələri  açılarsa  daha sonra  yoluxma  səbəbindən  yenidən  bağlana  və  nəticədə  mənzil yenidən  boş  qala  bilər. Bu  səbəblə  ev  sahibləri mənzili  əsasən, ailələrə  və  işləyən  şəxslərə  kirayələməyə  üstünlük  verirlər. Normalda  tədris  ilinə  15  sentyabrdan  start  verilir,  amma artıq  sentyabrın  əvvəlləridir, amma  bununla  bağlı  bir  məlumat  yoxdur. Bu  zamandan  sonra  dərslər  əyani  başlayarsa, artıq  ev  tapmaq, əşyaları  daşımaq və s.  tələbələr  üçün  ciddi  problemlərə  səbəb  olacaq. Tələbələrin sayı az deyil, minlərlə  təlbəələr  var ki, onlar  kirayə  bazarında  ciddi  rol  oynayırlar. Hazırda  kirayə  bazarında  əsasən  baha  qiymətə, çox  otaqlı  mənzillərdir. Artıq  bu  zaman  tələbələr  vəziyyətə  görə  bir  evdə  6-7  nəfər  qalmalı  olurlar.  Bütün  bu  məsələlər  də  tələbələr  üçün  problemlərə  səbəb olur”.

 

Ekspert  tələbələrin  mənzil probleminin əsas səbəbi  kimi  yataqxanaların yox sayda  olmasını göstərərk  çıxış  yolu  üçün  öz  təklifini  bildirib:

 

“Tələbələrin  mənzil  probleminin  əsas  səbəbi  odur  ki, yataqxanalar  yox  saydadır. Müxtəlif  tələbə  yataqxanaları var, amma hər  birində  mənzillərin  sayı  çox  məhduddur. İndiyə  kimi tələbə  yataqxanalarında  məcburi  köçkünlərimiz  qalırdılar, ancaq  dövlət  demək  olar  ki, onların  hər  birini  evlə  təmin  edib. Onların  boşaltdıqları  yataqxanalar  boşdur, ancaq  istismar  müddətini  bitimiş¸yaşayış  üçün  yararsız  vəziyyətdədirlər. Onların  yerində  yeni  yataqxanalar  tikib tələbələrin  istifadəsinə vermək olar. Təbii ki, ödənişsiz şəkildə deyil, aşağı  qiymətə  kirayələmək  mümkündür. BuBu həm tələbə, həm də yataqxananın tikinən  müəssisə  üçün  sərfəli olar. Çünki istənilən tikinitini  tikib  yataqxana kimi  tələbələrin  istifadəsinə  verdikdən bir  müddət  sonra  oraya  qoyulmuş  sərmaya  qarşılanır, yəni  bir  növ  bu  artıq  gəlir  mənməyinə  çevrilir. Bu  kimi  problemlər  həll olunarsa, kirayə bazarında da qiymətlər  stabilləşər. Hər  il  sentyabrda  minlərlə  tələbənin  şəhərə gəlməsi, minlərlə  mənzilin  kirayələnməsi deməkdir. Bu  da  qiymət  artımına  səbəb olur”.

 

Qeyd  edək  ki, 2021-2022-ci tədris ilinin  hansı formada və nə zaman başlayacağı  haqqında  verilən qərarlar  7 senytabrda keçiriləcək brifinqdə açıqlanacaq.