Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 10:45:00
Ali məktəblərə qəbul qaydalarında hansı dəyişikliklər edilib?-Ləğv olunan və əlavə edilən İXTİSASLAR  

2017-ci il 8 fevral Dövlət İmtahan Mərkəzinin təklifinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişikliklər edilib.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurur və özləri təsdiq edirlər.

Əvvəlki illərin məzunları isə Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim edirlər.

“Tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər” sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin” sözləri ilə əvəz edilib.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müsabiqə şərtlərinə uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə müsabiqə və qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

Qaydaların 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar” üzrə:

I ixtisas qrupu sütunu üzrə:“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv edilsin və aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilsin: informasiya texnologiyaları, sistem mühəndisliyi, sənaye mühəndisliyi,logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalma, şərabçılıq.

II ixtisas qrupu sütununa aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilsin:

Davamlı inkişafın idarə edilməsi, İdman menecmenti və kommunikasiya.

IV ixtisas qrupu sütununa aşağıdakı məzmunda 16-18-ci hissələr əlavə edilsin:

Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Bədən tərbiyəsi və idmanda reabilitasiya .

V ixtisas qrupu sütununa aşağıdakı məzmunda 22-ci və 23-cü hissələr əlavə edilsin:

Məşqçi (idman növü üzrə), Rəqs müəllimliyi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları