Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 14:24:00
"Online qeydiyyat sahəsində müəyyən çatışmamazlıqlar var" - Osman Gündüz

Bu il ali təhsil müəssisələrinə qəbulda diqqət cəlb edən əhəmiyyətli bir məqam var.Qəbul olunanların qeydiyyatı vahid mərkəzdən, onlayn formada aparılır.Əvvəlki illərdə qəbul olanların ali təhsil müəssisələrinə qeydiyyatı müvafiq sənədləri bir başa təhsil müəssisələrinə onlayn və ya oflayn formada təqdim etməklə, həmçinin də  e-telebe.edu.az vasitəsilə aparılırdı. Bu il qeydiyyat yalnız Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən aparılacaq. Burada şəxsi kabinet yaradan istifadəçilər tələb olunan məlumatları və sənədləri sistemə yükləyəcəklər. Lakin hələlik onlayn qeydiyyat sahəsində müəyyən çatışmazlıqlar da var.

 

 

AzEdu.az xəbər verir ki , bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz facebook hesabından yazıb.

 

 

O bildirib ki, ''eGov sahəsində inteqrasiya başa çatmadığından, dövlət qurumlarının məlumat bazaları yetərincə inteqrasiya olunmadığından istifadəçilər dövlət qurumlarında olan sənədləri bir daha yenidən sistemə yükləməlidirlər."

 

 

 

“DİM-in mövcud bazasına və digər aidiyyatı qurumlara inteqrasiyanı gücləndirməklə qeydiyyat prosesini daha da sadələşdirmək və effektiv etmək olardı.”

 

“Məsələn, hələlik tələb olunur ki, attestatın surəti və ilkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti də sistemə yüklənsin. Normalda isə bu sənədlər digər dövlər qurumlarında olduğundan , bu sənədlər yenidən tələb edilməməliydi, istifadəçi öz FİN kodunu daxil etdiyi anda bu məlumatlar sistemdə görsənməliydi”.

 

Son olaraq qeyd edib ki, İstənilən halda, bu il qeydiyyatın vahid mərkəzdən onlayn formada aparılması irəliyə doğru bir addımdır. TN-nin rəqəmsallaşma istiqamətdə səyləri təqdirə layiqdir. Ümid edək növbəti ildən onlayn qeydiyyat daha da təkmilləşdiriləcək və mövcud qüsurlar da aradan qaldırılacaq.