Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 10:30:00
“60 bala iddialı olsam da 58 bal topladım” – MİQ imtahanlarında yüksək nəticə göstərən müəllim

“Suallar düşündürücü və məntiqli idi”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı MİQ imtahanlarında Azərbaycan dili və ədəbiyyat üzrə ən yüksək bal toplayan müəllimlərdən biri Bahar Məmmədova deyib. Onun sözlərinə görə, imtahan bir qədər çətin keçib:

“Bütün suallar demək olar ki, yeni qaydalara uyğun tərtib olunub. Texniki heç bir problem yaşamadım. 60 bala iddialı olsam da, 58bal da qənaətbəxşdir. Qısa vaxt ərzində imtahana hazırlaşdım, ancaq gözlənilən nəticəni əldə etdim. İmtahanda suallar çətin deyildi, düşündürücü və məntiqli  idi"

Qeyd edək ki, MİQ imtahanları ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul tarixlərində keçirilib. Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Günel Yaşarqızı