Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 10:00:00
Rəsulzadənin universitetin açılması ilə bağlı söylədiyi və alqışlara səbəb olan TARİXİ NİTQİ
Azərbaycan Cümhuriyyətinin mövud olduğu qısa müddət ərzində gördüyü böyük işlərdən biri də universitetin yaradılmasıdır. Hazırda ölkənin ən qocaman təhsil ocağı olan Bakı Dövlət Universiteti Cümhuriyyət dövründə yaradılıb. Lakin onun yaradılması, formalaşdırılması bir o qədər də asan olmayıb. Bunun bir çox səbəbləri var. Lakin hökumət, aydınlar  ciddi-cəhdlə bu tarixi icranı həyata keçirə biliblər. Təsəvvür edin ki, hələ nə bina var, nə də bir o qədər də güclü sayılacaq təhsil və yetərli müəllim kadrlar... Universitet isə yalnız ideya olaraq müzakirə olunur. Təbii ki, Azərbaycan Cümhuriyyətinin parlamentində... Bu işə ürək qızdırmayanlar da var.. Hər halda müzakirələrdən belə görünür (Azərbaycan Cümhuriyyəti parlamentinin ikicildlik stenoqramlarında həmin müzakirələrlə tanış ola bilərsiniz). Lakin bir şəxs var ki, onun nitqi, universitet haqqında söylədikləri, elm və təhsilin nə dərəcədə vacibliyi barəsində dedikləri yenə də öz həlledici funksiyasına görə seçilir. Bu şəxs Məhəmmədəmin Rəsulzadədir. Rəsulzadə parlament iclaslarının birində darülfununun açılması ilə bağlı tarixi nitq söyləyir. 
 
AzEd.az Moderator.az-a həmin nitqi olduğu kimi, müəllifin dil və üslubuna toxunmadan oxuculara təqdim edir:
 
“Burada universitet məsələsində gərək bizim əfkari-ümumiyyəmiz, gərək par- laman məhfilələrində ayrı-ayrı fraksiyalarda müxtəlif rəng almış və başqa-başqa nöqteyi-nəzərlərlə bu məsələyə yanaşırlar. Hər şeydən əvvəl biz hamımız bunu etiraf edirik ki, Azərbaycan daxilində ülüm, fınuna aşina mütəxəssis adamlar ələlümum məmləkət üffanmı yüksəltmək üçün darülfünun binası lazımdır. 
 
Deyirlər ki, əsas etibarilə universitet açılması əleyhinə deyilik. Fəqət doğrudan isə əleyhinədirlər. Məsələ mübin şəkildədir. İndi görək bu universitet təsisi lazımdır, lazım deyildir. Bu xüsusda müzakirə lazımdır. 
 
Bilirsiniz ki, məmləkətlərdə, ələlxüsus bizim məmləkətdə darülfünuna ehtiyac o nöqteyi-nəzərdən vardır ki, bizdə mütəfənnin, mütəxəssis elmi nöqtələrə alim adamlar, üləma yoxdur. Bu cür adamların yoxluğu hər cəhətdən təsirini göstərir. Ona görə bir ən əvvəl üləma, mütəfənnin, üsula aşina adamları yetişdirmək hökumət və məmləkət vəzifəsidir. Əlbəttə, yaxşı olardı bu fənn ocağı, bu elm mənbəb öz lisanımızda ola idi və orada ki, professor və müdərris türkcə tərbiyə verəydilər. Məəttəssüf felən bunu tətbiq etmək böylə bir fənn ocağı açmaq imkanı bizdə hələlik yoxdur. Başqa məmləkətlərdə olduğu kimi heç bir zaman elmin, fənnin başqa lisanlarda illərlə olsa da ehtiyacı lüzumsuz olduğunu təcrübə göstərmişdir. Madam ki, biz hamımız bir nöqteyi-nəzərdəyik ki, ülum, fınun bizə lazımdır. Etiraf etməliyik ki, darülfünun da bizə lazımdır. Başqa bir lisana müraciət edirkən bu xüsusda nə üçün yalnız Rus lisana iltizam edilir və buna imkan verilir. Bu, nə üçün belə - cəvabı aşkardır. Bu, öylə bir məsələ deyil ki, onu həll etmək olmasın. İlk dəfə içimizdə bir çox tədrisə hazırlanmış tələbələr vardır ki, yalnız rusca tədris etməyə dərsləri və imkanları vardır. Binaən-ileyh Avropa məmləkətlərindən başqa birinin lisanında mümkün olsa idi, o lisanda götürərdik. Bu, olmayacaqdır, çünki tələbələrimiz rus məktəblərində rusca dərs almışlar. 
 
 
Bu nöqteyi- nəzərdən bir dəlalət var. Ülum və finunun darülfünunda rusca tədris edilməsinə gəldikdə, əlbəttə, bizə söyləyə bilərlər ki, vaxtaki darülfünun milli olmayacaq, orada keçirilən dərslər türkcə olmayacaq, bu surətdə tələbələrimizi xarici məmləkətlərə göndərib, bu surətdə təhsil etmələri mümkündür. Bu, doğrudur. Fəqət, nəzərdə tutmalıdır ki, məmləkətimizin elm və fənnə olan ehtiyacının bu yol ilə təmini mümkün deyildir. Əlbəttə, biz daha ixtisaslı və bilikli adamlar yetişdirmək üçün Avropaya tələbələr göndərəcəyik. Fəqət, eyni zamanda, məmləkət daxilində bir fənn və elm ocağı vücuda gətirəcəyik. Çünki darülfünun yalnız tələbələr hazır etməyir. Bununla bərabər, elm və fənnə aşina adamların və ərbab ixtisasın bir məcmun olacaq ki, bir tərəfdən təlim etməklə digər tərəfdən məmləkəti öyrənir, onun əhval və xüsusiyyatını təhlil və tədqiq edir. Bu nöqteyi-nəzərdən darülfünun Azərbaycana xaricdən bir çox alimlər və professorlar cəlb edəcəkdir. Onlardan heç bir surətlə qorxub ehtiyat etmək lazım gəlməz ki, guya o alimlər və professorlar burada bir rus mədəniyyətinin ocağı olub qalacaq da, tələbələr ruslaşacaqdır. Məndən əvvəl söyləyən natiq burada açılacaq darülfünunda rus mədəniyyəti ocağı deyə hər nə qədər söyləndisə də, fəqət, mən zənn edirəm bu surətdə söz söyləyən zəvat o fraksiya namindən burada bəyani-aşkar edir ki, o komisyonda tamamilə darülfünun əleyhində cərəyana daha qüvvət vermək və ona kömək etmək nöqteyi-nəzərindən bu surətlə burada çıxışda bulundular. Lakin əmin olsunlar ki, madam ki, hökumət bizim əlimizdə darülfünuna dəvət etdiyimiz adamlar üzərinə hakim olacağıq və maddi cəhət əlimizdə olduğundan məvacib əndişə heç bir şey təsəvvür etməməlidir. Onların dəfələrlə rus elmi, rus mədəniyyəti deyə təkrar etmələri əfkari-ümumiyyəni qorxudanmaz. Çünki hər kəs bilir ki, rus və ya başqa bir millət mədəniyyəti yoxdur. Ülum və finun bitərəfdir. Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz bu beynəlmiləl elmi, hər bir millətin ağzından eşitdiyimiz kimi, rus professorların ağzından öyrənə bilərik. Çünki bizə "Otlobul elm və lo bel çin" demişlər. Elmi və fənni Çində belə olsa öyrənməyi tövsiyə etmişlər. Binaən-ileyh Çində öyrənilməsi lazım gələn bir elmi Azərbaycan paytaxtında bir çinli ağzından öyrənməkdən bizim üçün heç bir fərq və xətər yoxdur. Biz rusluq mərkəzində, rus darülfünunlarında təhsil edənlərdən zərər görmədik. Biləks onlar daha sa- batkar olurlar. Biz, rus darülfünunlarında təhsil edənlərin tamamilə təmsil etməsini deyil, politikasilə ciddi surətdə mübarizə edənləri o darülfünunlardan çıxanlar içərisində görürük. Binaən-ileyh bu nöqteyi-nəzərdən heç bir qorxu yoxdur. Darülfünunun faydalarından birisi də budur ki, burada bir görə elmi bir müəssisə vücuda gələcək. Bununla məmləkətin məchul qalmış bir çox xüsusiyyəti öyrəniləcəkdir. Camaət arasında elmə və fənnə nə qədər həvəs artacaqdır. Digər tərəfdən, xaricə getməyə imkanı olmayan tələbələr elm və fənn hasil etmək imkanında olacaqlar. Vəqtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər, orada türk dili ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir. Rus və ya əcnəbi bir lisanda təhsil etdiyi bir elm öz dilində ifadə edə biləcək. Halbuki xaricə gedən tələbəmiz üçün bu mümkün deyil. Onlar öz lisan və mühitlərindən aynlmaq məcburiyyətində olduqları halda, darülfünumuzun tələbələri isə təhsil etdikləri elmlərlə bərabər xalq arasında olacaqlar ki, bunun da bizə bir çox faydası dəyəcəyi təbiidir. Fəqət, bəzi mülahizələr vardır. O mülahizələri bizim fraksiya daxilində əqə- liyyətdə qalanlar da iştirak ediyorlar. Onlara etiraz etmək də mümkün deyil. Əvvələn, istənilən professorlar tapılmayacaq. Təbii və başqa bu kimi şöbələr üçün olan alət və ədavət əldə edə bilməyəcəyimizdən darülfünunumuz naqis olacaqdır. Eyni zamanda, burada rus professorları olduğundan və bizə Rusiyadan yeni ayrılmış olduğumuz üçün haman professorlar bizi təkrar Rusiya ilə birləşdirmək fikrini təqib edəcəklər. Bunlar sırf praktik mülahizələrdir. Fraksiya əksəriyyət etibarilə buraxılan qanunun tərəfdandır. Bunun qəbulunu təklif edir. Fraksiyamızın nəzərini ərz etdim və xüsusi olaraq deyirəm ki, hər məmləkətdə, hər yerdə darülfünunlar bu növlə təsis olmuşlar. Ümumi surətdə əgər Rusiya darülfünunlarmm tarixinə müraciət etsəniz, görərsiz onlar da böylə başa gəlmişdir. Ona görə demək olmaz ki, bizdə yoxsa heç olmamalıdır. Və əgər bugünkü türk darülfünunlarma baxsanız, orada da almanca, fırəngcə təlim aldıqlarını görərsiniz. Heç bir millət tarixin ilk addımında milli bir darülfünuna sahib olmamışdır. Əvvəlcə özgələrdən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir. Binaən-ileyh qorxmamalıdır. Darülfünun hər dildə olsa da olsun açıb oxumalıyıq. Çünki bu müəssisə ilə biz bir ürfan müəssisəsi quracağıq və get-gedə öz gənclərimizi onun vasitəsilə ziyalandırıb istədiyimiz milli professorlarımıza tədricən sahib olacağıq. Məşhur rus müstəşriqləri hərgah buraya cəlb etməyə müvəffəq olarsaq və təbiidir ki, olacağıq da, çünki bir professor təhdidi altında vətəni Rusiyada akoplar içərisində çalışmaqdansa, Azərbaycanda oturub kəndi əfkarı- nı yürütmək, ələlxüsus ki, onları maddi cəhətdən də təmin edəsiniz, onlar bura gələr və əmin olunuz ki, xəyanət də etməzlər. Siz buna kəmali-itminan ilə əlinizi ürəyinizə qoyub səs verə bilərsiniz".
 
Rəsulzadənin bu nitqi parlament iclasında iştirak edən bütün üzvlərin alqışlarına səbəb olur...