Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 09:45:00
MİQ imtahanında daha bir müəllim yüksək bal topladı

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti imtahan günü uğurla başa çatıb.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, Azərbaycan dili və ədəbiyyatı üzrə imtahanlarda 3231 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə 58 bal qeydə alınıb.
İyulun 26-də Azərbaycan dili və ədəbiyyatı üzrə test imtahanları davam edəcək, eyni zamanda Azərbaycan dili, rus dili, rus dili və ədəbiyyatı, fransız dili və musiqi üzrə test imtahanları keçiriləcək.

Qeyd edək ki, imtahanlar ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul tarixində keçirilib. Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları