Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-05 14:18:00
Müddətli işəqəbulla bağlı bundan sonra da seçim turları keçiriləcək -ANONS  

"15  sentyabra  kimi  ən az  bir, ehtiyac  olacağı təqdirdə  isə  iki müddətli işəqəbul  turunun keçirilməsini nəzərdə tuturuq”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  İnsan  Resursları  Mərkəzinin  direktoru  Nurlan İsmayılbəyli  MİQ  üzrə  müsabiqənin  sonlarına  dair  keçirilən  canlı  yayımda  deyib.

 

Direktor  müddətli  işə qəbulla bağlı təqdim edilən yeni vakant yerlərindən danışıb:

 

“Məlumat  üçün   bildirirəm ki, ötən  həftə  təşkil  olunmuş  müddətli  işə  qəbul  prosesinin  ilkin  turunda  biz  müəllimlərin işə qəbulu  müsabiqəsinin əsas turunda  tutulmayan  vakant yerlərlə yanaşı  500-ə yaxın yeni vakant yeri sistemə daxil edərək bu yerləri namizədlərə təqdim etmişdik. Birinci  turdan  sonra  707  namizəd  uğur  qazanmışdı”. 

 

Son  olaraq o,-“ 3 sentyabrdan etibarən  müddətli  işə qəbulun ikinci  turuna start veririk. Bu turda  isə  namizədlərin  ixtiyarına  müxtəlif  fənlər  üzrə  yeni  vakant yer təqdim  edirik”- deyə  bildirib.