Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-05 10:10:00
Azərbaycan alimi Mahatma Qandi Universitetinin dissertasiya şurasına sədr seçilib

AMEA-nın müxbir üzvü, professor Ağası Məlikov Mahatma Qandi Universitetinin dissertasiya şurasına sədr seçilib.

 

AzEdu.az xəbər verir ki, son illərdə professor Ağası Məlikovun əsasını qoyduğu ehtiyatlanma-xidmət sistemləri nəzəriyyəsi dünyanın müxtəlif elmi mərkəzlərində sürətlə inkişaf etdirilir. Belə elmi mərkəzlərdən bir neçəsi Hindistanın müxtəlif universitetlərində yerləşir.

 

Qeyd edək ki, bu məktəblərdə yerinə yetirilən dissertasiyalar son zamanlarda elmi rəy üçün məhz Ağası Məlikova göndərilir və onu dissertasiya şuralarına açıq müdafiə üçün üzv olaraq dəvət edirlər.

 

Bu yaxınlarda belə bir dissertasiya işi Hindistanın Kerala ştatındakı Mahatma Qandi universitetində P.S.Reşminin riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ehtiyatları xarab ola bilən stoxastik xidmət ehtiyatlanma sistemləri” mövzusunda təqdim edilib və A.Məlikov dissertasiya şurasının sədri seçilib. Dissertasiyanın açıq müdafiəsi sentyabrın 15-nə təyin edilib.