Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 13:35:00
11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi bu tarixlər arasında aparılacaq-DİM  

Tam (11 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

 

AzEdu.az xəbər verir ki, DİM tərəfindən “Abituriyent” jurnalının 5-ci nömrəsində 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.