Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 15:48:00
Qonşu ölkələr təhsil  müəssisələrini bu formada açacaq-QƏRARLAR

  

Bir ildən  çoxdur  ki,  dünyanın mübarizə  apardığı  koronavirus pandemiyasının  ən çox ziyan vurduğu sahələrdən  biri  də təhsil  oldu.

 

COVİD 19-dan  müdafiə  məqsədi  ilə  dünya  ölkələri  təhsil  müəssisələrində  əyani  tədrisi  dayandıraraq,distant  təhsilə  keçdi. Bu  bəzi  ölkələrin  təhsil  sistemi  üçün  gözlənilməz  yenilik  olduğundan  müəyyən  problemlər  yarandı.

 

Geridə  qoyduğumuz  təhsil  ilində  yoluxma və sağalma  nisbəti, eyni zamanda vaksinasiya prosesinə görə, hətta  bir neçə ölkə bir  müddətlik  tədrisin təşkilini   əyani  şəkildə  həyata  keçirdi.

 

Yeni  tədris  ilinin  başlamasına  çox  az  zaman  qaldığını  nəzərə  alaraq  insanları  ən  çox  maraqlandıran  suallardan  biri  də  tədrisi ilinin  xüsusi  ilə  qonşu  ölkələrdə  hansı  şəkildə başlayacağıdır.

 

AzEdu.az  qonşu  ölkələrin  2021-2022-ci  tədris ilinin  təşkili  ilə  bağlı  verdiyi  qərarları  təqdim  edir.

 

1.Türkiyə məktəblərində  dərslər  əyani  şəkildə  başlayacaq, ancaq  universitetlərlə bağlı  müzakirələr davam edir

 

Türkiyədə 2021-2022-ci tədris ili 6 sentyabrda başlayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan və Təhsil Naziri Mahmut Özer, məktəblərdə bütün  siniflər  üçün  həftənin 5 günü əyani tədrisin  aparılacağını  açıqlayıblar. Təhsil  naziri  Mahmut  Özər ,məktəblərdə  əyani  tədrsiin  davamlılığı  üçün  maska,sosial  məsafə  və  daimi  dezinfeksiya  qaydalarına  ciddi  şəkildə  əməl  olunmasını  tağşırıb. Nazir  bildirib  ki, təhsil  işçiləri  məktəbə  gələrkən  mütləq  maska  taxmalıdır, şagirdlər  isə  hetiyac  duyulacağı  təqdirdə  məktəb daxilində maskayla təmin ediləcəklər. Məktəbin  işçiləri və şagirdlər  xaricində  məktəbə giriş-çıxış  rəhbərlik tərəfindən məhdudlaşdırılacaq.

 

Türkiyə Ali Təhsil Şurası rəsmi proqramlardaəyani təhsilə başlamaq üçün lazımi işlərin aparıldığını açıqlayıb. Yoluxmanın  gedişatına  əsasən təhsilin əyani,yaxud distant davam ediləcəyinə qərar verləcəyini bildirib. Hazırda bununla bağlı araşdırmalar davam edir.Ali təhsil müəssisələrində  dərslər  13  sentyabrdan etibarən  başlayacaq.

 

2.Rusiyada məktəblər əyani  formada  açılacaq, ancaq  universitetlər yekun  qərarı  özləri  verəcək

 

Sentyabrın 1-dən etibarən  rus  məktəblərində anti-epidemioloji tədbirlər gücləndiriləcək. Rusiya Təhsil naziri Sergey Kravtsov  bildirib ki, yeni  tədris  ili  distant  formada  deyil, əyani  şəkildə  təşkil  ediləcək.Nazir  hər  kəsi  məktəblərdə  qaydalara  riayət  etməyə  çağırıb:

 

"Epidemioloji vəziyyət nəzərə alınmaqla, şagirdlərin, müəllimlərin, məktəb heyətinin sağlamlığını  qorumaq  üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər gücləndiriləcək. Hər kəsdən bu tədbirlərə anlayışla yanaşmalarını xahiş edirəm".

 

Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov isə universitetlərin bu barədə  qərarı  özlərinin verəcəyini deyib:

 

“Universitetlərin  98% -i tədris ilinə sentyabrın 1 -dən başlayacaq, təhsilin formatı ilə bağlı qərarı bölgədəki epidemioloji vəziyyətdən asılı olaraq təhsil müəssisələri özləri qəbul edəcək”.

 

3.Gürcüstanda  həm  məktəblər, həm  də  universitetlər  yeni tədris ilinə distant formada başalayacaq

 

Gürcüstanın Dövlət Qurumlarıarası  Koordinasiya Şurasının iclasında qəbul edilən qərara əsasən, yeni dərs ili sentyabrın 15-dən etibarən distant formada bərpa olunacaq. Bu qaydada tədris prosesi oktyabrın 4-dək davam edəcək. Ali və peşə məktəblərində də  eyni  qayda  tətbiq olunacaq.

 

Digər qərarla dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə  isə  oktyabrın 4-dək məhdudiyyət tətbiq ediləcək.

 

Qeyd  edək  ki, tədris  planına əsasən, Azərbaycanda yeni tədris ilinə  15  sentyabrdan  start veriləcək. Ancaq  təhsil  müəssisələrində dərslərin hansı formada başalayacağı  ilə  bağlı qərar  yoxdur.