Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 09:36:00
Peşə təhsili müəssisələrinə qeydiyyat başa çatır  

Avqustun 30-da peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslərin qəbul olunduğu peşə təhsili müəssisəsinə qeydiyyatı yekunlaşır.

 

AzEdu.az xəbər verir ki, həmin şəxslər bu gün saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Tələb olunan sənədlər aşağıdakılardır:

- Attestatın əsli;

- Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

- Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

-  Şəxsiyyət vəsiqəsinin surəti;

-  3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

 

Qeyd edək ki, qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.