Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 12:50:00
Tarix müəllimi imkansızları universitetə pulsuz hazırlayacaq – “Maraqlananlar bu nömrəyə zəng etsinlər”  

 

“Ali məktəblərə qəbul imtahanlarına hazırlaşanlara Tarix fənni üzrə ödənişsiz dərslər keçirəm”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tarix müəllimi Səbuhi Kamal deyib. O, müəyyən kateqoriyalardan olan şəxslərə Tarix dərslərini tamamilə ödənişsiz keçəcəyini bildirib:

“Tarix fənnindən hazırlıqlar müəyyən sosial təbəqədən olan şəxslərə, şəhid ailələrinə, valideynləri fiziki qüsurlu olanlara və iş qabiliyyətini itirmiş şəxslərə, aztəminatlı və imkansız ailələrin övladlarına tamamilə ödənişsizdir. Qeyd olunan  təbəqələrdən birinə daxil abituriyentlər Tarix fənni üzrə qəbul imtahanlarına ödənişsiz hazırlanacaqlar. Dərslər tədris ilinin sonuna qədər davam edəcək”.

Səbuhi Kamal bu təşəbbüsün məqsədi barədə danışıb:

“Hər zaman belə bir şüarım olub: “İnsanlıq ölmədikcə insanlar ölməz”. Doğrudur, maddiyat hər kəs üçün önəmlidir. Lakin bir neçə uşağa ödənişsiz dərs deməklə heç nə itirmirik, əksinə, çox böyük naliyyətlər qazanırıq. Bir şagirdin universitetə daxil olması bir gələcəyin, soyun yeni başlanğıcıdır. Sözdə yox, əməldə qəhrəman olmaq lazımdır! Ölkədə maddi imkanı çox zəif olub oxumaq eşqi olan uşaqlar çoxdur. Onlara dəstək olmaq bizim işimizdir. Müəllimlik çox şərəfli peşədir. Bu adı daşıdığıma görə çox şadam.

4 ildən artıqdır ki, bunu edirəm. Ən yüksək nəticəni 25 düz tarix yazıb 686 bal toplayan şagirdim göstərdi. Hazırda Hüquq fakültəsində oxuyur” .

Qeyd edək ki, müraciət etmək istəyən abituriyentlər 070-200-50-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları