Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 12:38:00
Qəbulda ən çox bu fənlərdə təkrar suallar salınır, cəmi bir neçəsi təsadüfən yenilənir” – Gözlənilməz açıqlama  

“Sualların təkrar olması yüksək bal toplayanların sayının artmasına təsir edir. Suallar ümumi bazadır və həmin bazadan seçilirlər. Sadəcə, müəyyən şəxslər tərəfindən mövzular təyin olunur və suallar bir-bir seçilir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib. Onun sözlərinə görə, seçilən suallar əvvəlki illlərdəkilərlə eynilik təşkil edir:

“ 125 sualdan bir neçəsi təsadüfi hallarda yenilənir. Digərləri isə əvvəlki illərdə sınaq və ya qəbul imtahanlarına düşənlər olur. Burada bəzən şərtlər, ya da variantlar dəyişdirilir. Təbii ki, ağıllı abituriyent şərtləri bildiyindən, yenə doğru cavabı tapır. Ona görə əvvəlki illərlə müqayisə etsək, görərik ki, 700 bal toplayanlar son illər həddən artıq çoxdur”.

Ekspert vurğulayıb ki, sualların təkrar olması amilinə diqqət yetirilir və bunlar əvvəlki  qaydada hazırlanır:

“İndiki abituriyentlər daha ciddi hazırlaşırlar. Ona görə də bu sualların çoxunun cavabını bilirlər. Gələn ildən kurikulum qaydası ilə qəbul aparılacaq. Burada suallar demək olar ki, dəyişdiriləcək. Bəzi qapalı suallarda əvvəlkilərə rast gələ bilərik, amma sualın şərti yenilənmiş formada olacaq. O zaman da artıq ballarda düşmə müşahidə ediləcək”.

Ekspertin fikrincə, təkrar suallara əsas fənlərdə daha çox rast gəlinir:

“Məsələn, I-IV qrup yaz imtahanlarında Fizika və Riyaziyyat fənlərində demək olar ki, əksər suallar test toplularındakı suallar idi.  II-III ixtisas qruplarında isə daha çox ingilis dilindən yeni suallar salınmışdı.  Azərbaycan dili və ədəbiyyatda isə əvvəlki illərin suallarından istifadə olunmuşdu. Yəni əsas fənlərdə təkrarçılığa daha çox üstünlük verilir”.