Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 11:50:00
Azərbaycanda alimlərin sayı 20 min nəfəri keçib - RƏSMİ AÇIQLAMA

2018-ci ilin əvvəlinə ölkədə tədqiqat və işləmələri yerinə yetirən təşkilatların və həmin təşkilatlarda tədqiqat və işləmələrlə məşğul olan heyətin sayına dair statistik məlumatlar açıqlanıb.

AzEdu.az xəbər verir ki, bunu Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq deyib. Komitə rəsmisi bildirib ki, Azərbaycanda tədqiqat və işləmləri yerinə yetirən 137 təşkilat var:

“Həmin təşkilatlarda tədqiqat və işləmlərlə məşğul olan heyətin sayı 20580 nəfərdir. Onlardan 1414 nəfəri elmlər doktoru, 6243 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir”.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 72 həqiqi, 111 müxbir, 3 fəxri, 1 xarici üzv, 12 professor var.