Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 10:55:37
Uşaqları İngiltərəyə aparan sevimli beynəlxalq proqram – Uğur buradan başlayır

IGCSE  (International General Certificate of Secondary Education)  İngiltərədə GCSE (General Certificate of Secondary Education) kimi  adlandırılan ümumi orta məktəbi bitirdikdən sonra uşaqların qatıla biləcəyi  beynəlxalq proqramdır. 

Orta Təhsil üzrə Beynəlxalq Ümumi Sertifikat, adətən,  14-16 yaş qrupunda şagirdlərə aid edilir. IGCSE   Kembric Universiteti Beynəlxalq İmtahanları Təşkilatı tərəfindən 1988-ci ildə yaradılıb. Tədris plan və sınaqlarda istifadə edilən dil ingilis dilidir. IGCSE sertifikatı əldə edən əcnəbi bir şagird İngiltərədə GCSE sertifikatı alanla eynidir. Məsələn, IGCSE –də  ingilis dili dərsindən "C"  alan biri İngiltərə universitetlərinə daxil olmaq üçün ingilis dili imtahanından azad olur. Kembric IGCSE dünya miqyasında tanınır və yüzdən çox ölkədə almaq mümkündür. 

IGCSE şagirdlərə Dil, Bəşəri elmlər, Sosial elmlər, Riyaziyyat, İncəsənət, Texniki və Peşə sahələri kimi geniş bir seçim verir. Beləliklə, şagird istedad və bacarığına görə istədiyini seçə bilər. IGCSE-də qiymətləndirmə sistemi, 8 ballıq bir şkala üzərində qurulub. Sıralamaya görə ən yaxşı qiymət A-dan başlayır. Aşağı  göstərici isə G-dir.

Müxtəlif  istedadlara malik şagirdləri fərdi olaraq inkişaf etdirmək üçün bir çox məsələdə "CORE - Əsas və" EXTENDED" -  inkişaf  proqramları mövcuddur. "CORE" - Əsas Tədris Plan proqramıdır və məsələlərin ümumi təkrarı olub, C-dən G- yə qədər qiymət səviyyəsində olan şagirdlər üçün uyğundur. "EXTENDED" - Genişləndirilmiş Proqram" isə daha ətraflı və əhatəli olub, qiymətləri A-V arasında olanlara aiddir.

Yuxarıda qeyd etdiyimiz sahələrin alt bölümləri var. Məsələn, Dil başlığı altında  English, English - Literature, English - First Language, English - Second Language (oral endorsement), English - Second Language (countun oral) görə bilərsiniz.

Qeyd edək ki,Azərbaycanda Bakı Oksford məktəbi Kembric Beynəlxalq İmtahanlar Mərkəzi statusunu alıb. Bu statusa görə məktəb “Cambridge Checkpoint”, “İGCSE” proqramlarının tədrisi, imtahanların keçirilməsi və Kembric Beynəlxalq Sertifikatını təqdim etmək hüququnu qazanıb. Hazırda Bakı Oksford məktəbi məzunlarına “İGCSE”, “A-LEVEL” sertifikatı və Azərbaycan Milli Sertifikatını verir.