Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 12:40:00
Məşhur ekspertdən proqnoz-Ballarda ciddi şəkildə dəyişiklik özünü göstərməyəcək

DİM sədri Məleykə Abbaszadə 4 ixtisas qrupunu əhatə edən statistik göstəriciləri açıqladı. Bəs qəbul məsələləri üzrə ekspertlər bu istiqamətdə hansı proqnozlar səsləndirdi?

AzEdu.az məşhur ekspert Adil Vəliyevin ixtisas seçimi və plan yerləri ilə bağlı qeydlərini təqdim edir:

“I qrup üzrə ballarda qismən artım olacaq. Ancaq doğru seçim olunsa tələbə adını qazanmaq şansınız var. II ixtisas qrupu üzrə vəziyyət keçən il olduğu kimi, bu il də rahat olacaq. Sadəcə seçim zamanı xırda nüansları da diqqətə almaq lazımdır”.

 

Təhsil eksperti III və IV ixtisas qrupları ilə bağlı bu qənaətdədir:

 

“III qrupda plan yeri artsa da vəziyyət ötən il olduğu kimi biraz gərgin olacaq. Ancaq qeyd edim ki, plan yeri artmasına baxmayaraq daha diqqətli bir seçim edilməlidir. Bu qrupda da ballar artacaq, əsasən də yüksək bal tələb olunan ixtisaslarda müşahidə olunacaq.

IV qrupda Tibb sahəsində ballar ötən ilə nisbətdə qalxacaq. Digər ixtisaslarda isə ballarda ciddi şəkildə dəyişiklik özünü göstərməyəcək”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları