Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-19 10:00:00
İkinci iş yeri üçün müsahibəyə gələcək namizədlər BU SƏNƏDİ aparmalıdır

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verildi.

 

 

Müəllimləri narahat edən məsələlərdən biri də ikinci iş yeri üçün müsahibəyə gələcək namizəd  daimi işlədiyi 1-ci iş yerindən əmək kitabçasını gətirib-gətirməməsi ilə bağlıdır.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki,bu halda əmək kitabçasının "Əsli ilə düzdür" şəklində təsdiq olunmaqla surətini gətirmək lazımdır.

 

 

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları