Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 11:00:00
Yaponiyanın fərqli təhsil SİSTEMİ-Müəllim və şagirdlər məktəbi bərabər təmizləyir

Müasir dövrümüzdə Yaponiya təsirli təhsil sisteminə sahib olması ilə fərqlənir. PISA və TIMSS Yapon şagirdlərinin digərlərindən öndə olduğunu göstərir. Bəs Yaponiyada necə təhsil sistemi tətbiq olunur? Onu digərlərindən fərqləndirən hansı xüsusiyyətləri var?

 

AzEdu.az Yaponiyanın təhsil sistemi haqqında maraqlı bilgiləri təqdim edir.

 

Yaponiyada milli büdcənin 12%-i təhsilə ayrılarkən 7,7%-i hərbi xərclərə ayrılır.

 

Yaponiyada savadlılıq nisbəti 99%-dir. İbtidai siniflərdə bir müəllimə ortalama 25 şagird, orta tədrisdə 18 şagird, yüksək tədrisdə 11 şagird düşməkdədir.

 

Yaponiyada məcburi təhsil 9 ildir. Bunun ilk 6 ili ibtidai, son 3 ili isə orta təhsildir. Məcburi təhsil 6-15 yaş arasındakı uşaqları əhatə edir və dövlət məktəblərində ödənişsizdir.

 

Təhsil sistemi çalışqanlıq, şəxsin özünü sorğulaması və müntəzəm iş vərdişlərinin əldə edilməsinin zəruriliyi üzərinə qurulub.

 

Şagirdlərin məktəb həyatlarının böyük hissəsi əxlaqi davranışlarının, xarakterlərinin inkişafının öyrənilməsi prosesidir. Tədris planları Yaponiya mədəniyyətinin təməl dəyərlərinin öyrədilməsinə həsr olunub. Eyni zamanda Yapon şagirdlərin akademik uğurları beynəlxalq standartlardan çox üstündür. Məktəblərdə dərslərə davam “məcburiliyi” var.

 

Hər sinif bir müəllim tərəfindən idarə olunur. Şagirdlər bütün dərsləri eyni sinifdə keçərlər, yalnız laboratoriya və praktik məşğələlər üçün başqa siniflərə gedirlər. İbtidai siniflərdə tam gün dərs keçirilir. Səhər 8:30’da dərs başlayır, 15:50’də bitər. Dərslər 45 dəqiqədir. İbtidai siniflərdə yapon dili, sosial iş, riyaziyyat, musiqi, rəsm, əl işi, ev işi(5-6-cı siniflərdə), idman, əxlaq tədrisi dərsləri verilir.

 

Yaponiyada 6 yaşı tamam olan hər bir uşaq 6 il davam edən təhsilə başlar.

 

İbtidai sinifdə oxumaq məcburi və ödənişsizdir. Yaponiyada məktəblər 1 apreldə başlayır və 31 martda bitir. Aprel-İyul ortası, Sentyabr-Dekabr sonu və Yanvar-Mart sonu olmaqla 3 dövr halında təhsil verilir. Həftədə 5 gün və şənbə günü yarım gün olmaqla məktəbə gedirlər. Yapon məktəblərində qarışıq təhsil verilməkdədir.

 

Dövlət hesabına olan məktəblərdə məktəbli forması yoxdur, ancaq fərqləndirə bilmək üçün şapka və simvol daşımaları gərəklidir. 1969-cu ildən etibarən bütün ibtidai və orta məktəblərdə ödənişsiz kitab paylanır, ibtidai məktəblərin 98%-də dövlət hesabına yemək verilir.

 

Məktəblərin 90%-də gimnastika salonu, 75%-də üzgüçülük salonu var.

 

Bütün məktəblərdə təhsil məqsədli Yapon Televiziya Qurumu (Nippon Hosa Kyokal) tərəfindən hazırlanmış radio və televiziya sistemi mövcuddur.

 

Əlavə müəllim deyə bir anlayış yoxdur.

 

30 nəfərlik bir sinifin müəllim olmadan başsız qalması tam bir kabusdur. Ancaq Yaponiyada müəllim dərsə gəlmədiyi zamanlarda şagirdlərdən sinifdə oturub səssizcə dərs etməsi gözlənilir və bu halın pozulduğu qeydə alınmayıb.

 

Yaponiya məktəblərində təmizlikçi yoxdur.Yaponiyada məktəb işlərini şagirdlər və müəllimlər işbirliyi şəklində edərlər.

 

İlk 6 ildən başqa otalama dərs saatı həftə içi 6 saatdır, bu da dünyada ən uzun dərs saatıdır.

 

Məktəb bitdi deyə dərs bitməz. Şagirdlər boş qalmasın deyə ev tapşırıqları, layihə çalışmaları verilir. Yapon məktəblərində yay tətili 6 həftədir. Qış və yazda isə 2 həftəlik tətilləri var, onu da tapşırıq edərək keçirirlər.

 

Günorta yeməyi bərabərliyin simvoludur. 9 illik dərs müddətində bütün məktəblərdə şagirdlərə eyni günorta yeməyi verilir. Müəllimlər və şagirdlər eyni yeməyi yemək məcburiyyətindədirlər.


Fidan Ali