Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 16:28:00
Rektor 655 balla MDU-nu seçən tələbəni qəbul  edib-FOTO

  

Qəbul  imtahanında  655 bal  toplayan Mingəçevir şəhər 10 saylı məktəbin məzunu Nərmin Qədimli ali təhsil almaq üçün Mingəçevir Dövlət Universitetini (MDU) seçib.

 

Nərmin  MDU-da  Xarici  dil müəllimliyi(İngilis dili) üzrə  ali  təhsil alacaq.

 

AzEdu.az  xəbər  verir  ki, universitetin  rektoru  Şahin  Bayramov  Nərmin Qədimli və onun  valideyni  ilə görüş  keçirib. Rektor  bu  barədə  öz  feysbuk hesabında  paylaşım edib.

 

Rektorun paylaşımını  təqdim  edirik:

 

“Qəbul imtahanında 655 bal toplayan Nərmin Qədimli ali təhsil almaq üçün Mingəçevir Dövlət Universitetini (MDU) seçib.

 

Mingəçevir şəhər 10 saylı orta məktəbin məzunu olan intellektli və müasir düşüncəli gəncimizlə keçirdiyimiz görüş parlaq gələcəyimizə bir daha əminlik yaratdı. Nərmin Qədimlini, onun valideynini və müəllimlərini təbrik etdik, MDU-nu seçdiyinə görə təşəkkürümüzü bildirdik. Nərmin MDU-da Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə ali təhsil alacaq.

 

Möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən yeni dövrün universitetini Nərmin kimi gənclərlə qurmağa davam edirik”.