Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 16:16:00
Peşə təhsilinin gənclər arasında təşviqi məqsədilə kampaniyaya start verilib

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) gənclər arasında peşə təhsilinin təşviqi məqsədilə kampaniyaya başlanılıb.

 

AzEdu.az xəbər verir ki, kampaniya çərçivəsində Bakıda yerləşən avtobus dayanacaqlarında, eləcə də digər məkanlarda hazırda uğurlu karyera sahibi olan peşə təhsil müəssisələri məzunlarının posterləri yerləşdirilib. Oktyabr ayına qədər davam edəcək kampaniya çərçivəsində peşə təhsili istiqamətləri və uğurlu karyeranın yolları barəsində davamlı məlumat veriləcək.

 

Peşə məktəblərinə qəbul avqustun 20-dək portal.edu.az saytı vasitəsilə onlayn formada davam edəcək.

 

Xatırladaq ki, kampaniya Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.