Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 14:12:00
Magistraturaya qeydiyyatdan keçməyənlər müvafiq siyahıdan xaric ediləcək  

Avqustun 18-dən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olunanların qeydiyyatına başlanılır.

 

AzEdu.az xəbər verir ki, qəbul olunan şəxslər avqustun 25-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.