Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 11:12:00
Xaricdə təhsil almaq istəyəblərin NƏZƏRİNƏ-Farabi mübadilə proqramının şərtləri

Artıq gənclərimizin demək olar ki, əksəriyyəti xaricdə təhsil almaq istəyir. İstər karyera, istər özlərini inkişaf baxımından xarici universitet  onlara daha məqbul gəlir.


Tələbələrə istəklərini reallaşdırmaq üçün
yaradılan imkanlar getdikcə artır. Mübadilə proqramları da onların üstünlük verdiyi seçimlərdən biridir. Təbii ki, hər mübadilə proqramının öz şərtləri var. Farabi Mübadilə proqramı da onların sırasındadır. Bəs Farabi Mübadilə proqramı nədir?


AzEdu.az
Farabi mübadilə proqramına qatılmaq istəyən tələbələrin faydalana biləcəyi vacib bilgiləri təqdim edir.

 

Farabi Mübadilə Proqramı, universitetlər çərçivəsində bakalavr, magistratura və doktorantura dərəcəsində təhsil verən ali təhsil qurumları arasında tələbə və müəllim heyətinin mübadiləsidir.


Proqrama qatılmaqla, tələbə və ya müəllimlər bir və ya iki yarımil ərzində öz qurumlarından kənarda başqa bir ali təhsil qurumunda təhsil fəaliyyətlərinə davam edərlər.


Proqrama qatılmaq üçün şərtlər nələrdir?


Tələbə bakalavr, magistratura, doktorantura tələbəsi olmalıdır.


Bakalavr dərəcəsində təhsil alan tələbələrin bal ortalaması(GANO) ən az iki, ən çox dörd olmalıdır.


Magistratura və doktorantura dərəcəsində təhsil alan tələbələrin bal ortalaması (GANO) ən az iki yarım, ən çox dörd olmalıdır.


Proqrama kimlər qatıla bilməz?


Bakalavr, magistratura və doktorantura dərəcəsində təhsil alan tələbələr təhsilə başladıqları ilin ilk yarımili üçün bu proqramdan istifadə edə bilməzlər.


Mübadilə Proqramı ən az bir, ən çox iki yarımili əhatə edir. Ali təhsil qurumları hər bir yarımil üçün müraciət şərtlərini göstərən elan təqdim edərlər. Proqrama qatılmaq üçün şərtlər15 martdan əvvəl elan olunur.


Farabi Mübadilə Proqramına qatılan tələbələrə qarşılıqsız təqaüd verilir. Tələbə payız semestri üçün 4 ay, yaz semestri üçün 4 ay olmaqla ümumilikdə 8 ay təqaüd alır. Farabi Mübadilə Proqramına qatılan tələbələrin təhsil aldıqları zaman içərisində aldıqları digər təqaüd və kreditlər davam edir.


Bu proqrama qatılan tələbələr öz ali təhsil qurumlarına ödəməli olduqları təhsil haqlarını ödəməyə davam edərlər.Gedəcəkləri ali təhsil qurumuna əlavə bir ödəniş etmirlər.

 


Proqramdan yalnız bir dəfə yaralanmaq olar.
Əgər gedəcəyi təhsil qurumu  qismən də olsa xarici dildə tədris aparırsa, onda tələbə müraciət edərkən bal ortalamasının 50% və xarici dil biliyinin 50% olmasını nəzərə alaraq seçimlər aparılır.


Fidan Ali