Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 15:19:00
Məktəbəhazırlıq qruplarında müsahibədə iştirak mütləqdir?- CAVAB

 

 

Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna başlanılır.

 

 

Belə ki, məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Lakin bu proses 1-ci sinfə qəbul zamanı prioritet xarakter daşıya bilər.

 

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq tədris digər dillərdə aparılan I siniflərə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.

 

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları