Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 15:06:00
Uşaqlar hansı halda məktəbəhazırlıq qruplarına qəbul olunmayacaqlar?- DİQQƏTLİ OLUN

 

 

 

Bu gündən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna başlanılır.

 

 

Lakin elə hal ola bilər ki, uşaq məktəbəhazırlıq qruplarına qəbul olunmasın.

 

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.

 

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları